CIF bazisi üzrə
İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin
qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib ki, bu da cümə
axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur. XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB
bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin
qiyməti avqustun 17-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki
qiymətdən 0,83 dollar/barel çoxdur.
Novorossiysk limanından
yüklənən URALS neftinin qiyməti avqustun 17-də 69,18 dollar/barel təşkil
edib ki, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.
Şimal
dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə
avqustun 17-də 70,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8
dollar/barel çoxdur.