Çovdar Filiz Emalı
sahəsində istehsal nəticəsində 2017-ci ilin aprelindən indiyədək
"AzerGold” QSC tərəfindən 81 min 100 unsiya qızılın, 120 min 500 unsiya
gümüşün satışı nəticəsində 180 milyon manatdan çox gəlir əldə edilib.
XəzərXəbərAzərTAc-a istinadən xəbər verir ki, hazırda Daşkəsəndə Çovdar filiz emalı sahəsində aktiv hasilat işləri aparılır.
Çovdar
yatağının yeraltı sulfid fazasında isə istehsalata hazırlıq işləri
görülür. İlkin nəticələrə görə, ən azı 6 il ərzində buradan 400 milyon
manatdan çox gəlir əldə etmək mümkün olacaq.
Naxçıvan Muxtar Respublikası və Göygöl
rayonundakı perspektivli qızıl yataqlarında da tədqiqat işləri
aparılır. Ölkənin əlvan metal hasilatına dair yol xəritəsi sənədinin
hazırlanmasına da başlanılıb.