ABŞ dolları beynəlxalq
ticarətdə təhlükəli bir alətə çevrildiyindən, Rusiya ABŞ aktivlərinə
investisiya yatırılmasını əhəmiyyətli dərəcədə azaldıb və bundan sonra
da azaldacaq. Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov "Rossiya 1” telekanalına verdiyi açıqlamada deyib.
"ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən Moskva
dollar əvəzinə avro və Çin yuanından istifadəni artıracaq. Lakin
Rusiyadakı Amerika şirkətlərinə sanksiyalar tətbiq edilməyəcək, çünki
həmin müəssisələrdə çox sayda Rusiya vətəndaşları işləyir. Neft
ticarətində isə yerli valyutalardan istifadəyə keçmək ehtimalını
dəyərləndirirk. ABŞ-ın sanksiyaları amerikalıların özünə qarşı çevriləcək.” – deyə, rusiyalı nazir bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya, Çin, İran və Ukrayna kimi ölkələrlə ikitərəfli ticari ödənişlərin milli valyuta ilə ödənilməsinin planlaşdırıldığını bildirib. /azvision.az