Xəzər Xəbər

Türkiyə lirəsi rekord ucuzlaşmasını davam etdirir

İqtisadiyyat | 12:22 • 10 Avqust 2018
Türkiyə lirəsi rekord ucuzlaşmasını davam etdirir

Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə ucuzlaşmasını davam etdirir.


Lirə son sutka ərzində 10 faizdən çox ucuzlaşıb.


Belə ki, bu gün səhər saatlarında 1 dollar 6,2826 lirə təşkil etsə də, daha sonra lirə bir qədər sabitləşərək dollara nisbətdə 5,8346 lirəyədək azalıb.


Eyni zamanda isə 1 avro əvvəlcə 7,2264 lirə, daha sonra 6,6963 lirə təşkil edib.


Türkiyə lirəsi manata qarşı da ucuzlaşır. Avqustun 10-da bir manat 7 faiz möhkəmlənərək 0,2965 lirəyə bərabər olub.


Qeyd edək ki, il ərzində lirə dollara qarşı 35 faiz, avroya qarşı 40 faiz ucuzlaşıb. (Trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti