Xəzər Xəbər

FHN-də Bakının Baş Planı müzakirə edilib

İqtisadiyyat | 16:28 • 9 Avqust 2018
FHN-də Bakının Baş Planı müzakirə edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilib.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, görüşdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak ediblər.


Söhbət zamanı Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkili istiqamətində hərtərəfli işin aparıldığı qeyd olunub. Bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda, FHN ilə əlaqəli fəaliyyətin vacibliyi diqqətə çatdırılıb. Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə, əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyətindən söz açılıb.


Görüşdə sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın perspektivləri müzakirə edilib.

Xəbər lenti