Xəzər Xəbər

“Moody’s” Azərbaycan iqtisadiyyatının daha da artacağını gözləyir

İqtisadiyyat | 13:38 • 8 Avqust 2018
“Moody’s” Azərbaycan iqtisadiyyatının daha da artacağını gözləyir

"Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.


Trend-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir.


Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır:


"Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.

Xəbər lenti

Çox oxunanlar