Xəzər Xəbər

ABŞ neftinin qiyməti son 15 ilin ən minimum qiymət şkalasında dəyişir

İqtisadiyyat | 11:45 • 8 Avqust 2018
ABŞ neftinin qiyməti son 15 ilin ən minimum qiymət şkalasında dəyişir

ABŞ neftinin qiyməti son 15 ilin minimum qiymət şkalasında dəyişir.


AZƏRTAC xəbər verir ki, "Light” markalı neftin bir barrelinin qiyməti avqustun əvvəlindən etibarən 3 dollarlıq qiymət şkalasında əməliyyat görür. Bu, 2003-cü ildən bəri aylıq göstəricidə minimum qiymət şkalasıdır.


"Hyundai Futures Corp.”un analitiki Vil Yun deyib ki, ABŞ-da neft ehtiyatlarının azalması nəticəsində "Light”ın qiyməti 69 dollar/barrel səviyyəsində əməliyyat görür. Eyni zamanda, ticarətdəki gərginlik neft də daxil olmaqla əmtəə üzərində aşağı istiqamətli təzyiq yaradır.


Qeyd edək ki, "Light” markalı neftin bir barrelinin qiyməti bu ayın əvvəlindən etibarən Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında 67-69 dollar arasında dəyişir.

Xəbər lenti