Xəzər Xəbər

Telefonları gömrükdən gizli keçirmək üçün bu yola əl atdı - FOTO

İqtisadiyyat | 10:54 • 8 Avqust 2018
Telefonları gömrükdən gizli keçirmək üçün bu yola əl atdı -

Tovuz Gömrük İdarəsinin əməkdaşları mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, idarənin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.


Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd "Samsung Galaxy J4”, 1 ədəd "Samsung Galaxy J5 pro”, 2 ədəd "Samsung Galaxy J6” və 1 ədəd "Samsung Galaxy A6” markalı mobil telefonlar, 15 ədəd "qulaqcıq”, 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti