Xəzər Xəbər

Bakının toxuculuq sənayesi 63,2 faiz artıb

İqtisadiyyat | 13:25 • 7 Avqust 2018
Bakının toxuculuq sənayesi 63,2 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 54,7 milyon manat dəyərində məhsul istehsal edilib.


Bakı Şəhər Statistika İdarəsindən xezerxeber.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 2,6 dəfə, toxuculuq sənayesində 63,2 faiz, geyim istehsalında isə 6,8 faiz artım müşahidə olunub.

Xəbər lenti