Xəzər Xəbər

71 nömrəli avtobusun hərəkətində dəyişiklik edilib

İqtisadiyyat | 18:11 • 6 Avqust 2018
71 nömrəli avtobusun hərəkətində dəyişiklik edilib

Avqustun 8-dən Bakı Metropoliteninin "Bakmil” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar metropoliten işçilərinin və ətraf ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədilə 71 nömrəli müntəzəm marşrut xətti ( "Azadlıq prospekti” metro stansiyası – "Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi) üzrə avtobusun hərəkət sxemində dəyişiklik edilib.


Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Ziya Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.


Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Bu müddətdə Ələsgər Qayıbov küçəsindən sərnişin daşınmasına 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq.

Xəbər lenti