Xəzər Xəbər

Buğdanın orta məhsuldarlığı 30 sentiner olub

İqtisadiyyat | 16:25 • 6 Avqust 2018
Buğdanın orta məhsuldarlığı 30 sentiner olub

Respublikanın rayonlarında 1007.8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672.1 min hektarı buğda, 335.7 min hektarı arpa sahələridir. Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.


Xezerxeber.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. 


Arpa biçininin 99.7%-i, buğda biçininin isə 99.1%-i yerinə yetirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirban – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib).

Xəbər lenti