Xəzər Xəbər

ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

İqtisadiyyat | 10:51 • 4 Avqust 2018
ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

ABŞ-dakı aktiv qazma qurğularının sayı yenidən azalıb.


AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 1044 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 90 ədəd çoxalıb.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd azalaraq 859 ədəd olub. Bu, ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qazma qurğularının sayı 94 ədəd artıb.


Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd azalaraq 183 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən isə ölkədəki qazma qurğularının sayı 6 ədəd çoxalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Xəbər lenti