Xəzər Xəbər

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat | 13:56 • 3 Avqust 2018
Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

2018-ci ilin birinci yarısında Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 125 milyon dollara yaxın olub. Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.


Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 115 milyon 183 min 95 ABŞ dolları, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 615 min ABŞ dollarını ötüb.


Qeyd edək ki, 2017-ci ildə Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib.

Xəbər lenti