Xəzər Xəbər

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İqtisadiyyat | 12:30 • 25 İyul 2018
Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.


Xezerxeber.az Dövlət Kömrük Xidmətinə istinadən məlumat verir ki, yoxlama zamanı vətəndaşın üst paltarlarının altında, bədəninin bel nahiyəsinə kapron coraba yığılaraq sarınmış vəziyyətdə narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 480,76 qram olan heroin və 1 bükümdə xalis çəkisi 15,21 qram olan qurudulmuş marixuana, 4 bükümdə isə ümumi xalis çəkisi 201,61 qram olan metamfetamin adlı psixotrop maddə aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti