Xəzər Xəbər

Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı - FOTO

İqtisadiyyat | 12:21 • 21 İyul 2018
Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı -

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - "Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub.

Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

Xəbər lenti