Xəzər Xəbər

ABŞ-da aktiv neft quyularının sayı azalıb

İqtisadiyyat | 11:28 • 21 İyul 2018
ABŞ-da aktiv neft quyularının sayı azalıb

ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.


AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 8 ədəd azalaraq 1046 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 96 ədəd çoxdur.


Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 5 ədəd azalaraq 858 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 94 ədəd artıb.


Ölkədəki aktiv qaz quyularının sayı da 2 ədəd azalaraq 187 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 1 ədəd çoxdur.


Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Xəbər lenti