Xəzər Xəbər

Əhalinin gəlirləri 9,3 faiz artıb

İqtisadiyyat | 13:14 • 19 İyul 2018
Əhalinin gəlirləri 9,3 faiz artıb

Yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 25705,2 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 2623,8 manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 23687,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox vəsait qalıb.

Xəbər lenti