Xəzər Xəbər

Çin şirkəti ABŞ əvəzinə İrandan neft idxal edəcək

İqtisadiyyat | 17:24 • 17 İyul 2018
Çin şirkəti ABŞ əvəzinə İrandan neft idxal edəcək

Çinin "ShanDong Dongming” neft emalı şirkəti ABŞ-dan xam neft idxalını dayandıracaq.


AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, "ShanDong Dongming” ABŞ-dan neft idxalını dayandıraraq İrandan idxal etməyə başlayacaq.


İllik gəliri təxminən 4,5 milyard dollar olan şirkət ildə 15 milyon ton neft emalı tutumuna malikdir.


Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Xəbər lenti