Xəzər Xəbər

Neft bazarında yeni şok yaşana bilər - EKSPERT

İqtisadiyyat | 14:45 • 17 İyul 2018
Neft bazarında yeni şok yaşana bilər -
"ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq "qara qızılın” qiymətinə təsir etməyə çalışır. "Bloomberg” agentliyi məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur. Hələlik konkret qərar qəbul edilməsə də hətta daha böyük həcmdə satışların olması istisna olunmur". 


Xezerxeber.az məlumatına görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov qeyd edib. 


O bildirib ki, dünya bazarında Texas markalı neftin bir bareli 68 dollara, Brent markalı neft isə 72 dollaradək ucuzlaşıb: "ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq".

Xəbər lenti