Xəzər Xəbər

Ziya Bünyadov prospektindəki tuneldə hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat | 11:05 • 17 İyul 2018
Ziya Bünyadov prospektindəki tuneldə hərəkət məhdudlaşdırılacaq

Ziya Bünyadov prospektində avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( "Baku Steel Company”nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.


Bu məqsədlə tunelin üzü "Koroğlu” metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.


Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti