Xəzər Xəbər

Britaniya şirkəti Nigerdə neft tapıb

İqtisadiyyat | 12:23 • 16 İyul 2018
Britaniya şirkəti Nigerdə neft tapıb

Böyük Britaniyanın özəl neft şirkəti "Savannah Petroleum PLC” Qərbi Afrika ölkəsi olan Nigerdə qazdığı quyuda neft aşkar edib.


AZƏRTAC şirkətə istinadla xəbər verir ki, əsasən Niger və Nigeriyada neft-qaz əməliyyatları həyata keçirən "Savannah Petroleum” Nigerdə qazdığı "Kunama-1” quyusunda neft aşkar edib. Quyu Cənub-Şərqi Nigerdə yerləşir və o, şirkətin bu ölkədə qazdığı "Amdigh” və "Bushy” quyularından sonra 3-cü neft kəşfidir. Şirkət 2 min 460 metr dərinlikdə yüksəkkeyfiyyətli neft ehtiyatı aşkar edib və bu il ərzində istehsal üçün sınaq işlərinə başlayacaq.

Xəbər lenti