Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

İqtisadiyyat | 11:59 • 16 İyul 2018
Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, deyə məlumatda bildirilir.

Xəbər lenti