Xəzər Xəbər

Əhalinin banklarda 1.26 milyard manat əmanəti var

İqtisadiyyat | 10:27 • 16 İyul 2018
Əhalinin banklarda 1.26 milyard manat əmanəti var

1 iyul 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.62 milyard manat, kredit portfeli isə 1.68 milyard manat təşkil edib.

Mərkəzi Bankın mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, hesabat dövründə bankda əhalinin əmanətlərinin həcmi 1.26 milyard manat, korporativ müştərilərin vəsaitləri isə 2.63 milyard manat olub.


Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi 2018-ci ilin birinci yarısında güclənib. Belə ki, dövr ərzində bankın məcmu kapitalı 238 milyon manat artaraq 762 milyon manata çatıb, adekvatlıq əmsalı isə 25,9%-ə yüksəlib.


1 iyul 2018-ci il tarixinə bankın nizamnamə kapitalının həcmi 1,22 milyard manat təşkil edib.

Xəbər lenti