Xəzər Xəbər

Zirə–Mərdəkan qəsəbələri istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayıb

İqtisadiyyat | 12:12 • 7 İyul 2018
Zirə–Mərdəkan qəsəbələri istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayıb

Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.


Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib.

Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

Xəbər lenti