Xəzər Xəbər

Bu yollarda rənglənmə işləri aparılacaq

İqtisadiyyat | 11:09 • 6 İyul 2018
Bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Sumqayıt-Bakı yolu, "Azpetrol” dairəsindən Saray postuna kimi, axşam saat 23:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində (Çermet körpüsündən Koroğlu yol qovşağına kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.


Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Xəbər lenti