Xəzər Xəbər

Bu yolda təmir işləri aparılır

İqtisadiyyat | 09:59 • 6 İyul 2018
Bu yolda təmir işləri aparılır

Bakı-Quba yolunda təmir işləri aparılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.


Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti