Xəzər Xəbər

Paytaxtda dizel yanacağının istehsalı artıb

İqtisadiyyat | 11:05 • 5 İyul 2018
Paytaxtda dizel yanacağının istehsalı artıb

Beş ayda Bakıda dizel yanacağı istehsalı 5 faizdən çox artıb.


Bakı Şəhər Statistika İdarəsindən xezerxeber.az-a bildirilib ki, bu ilin yanvar-may aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 266,1 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,8 faiz artıb.


Neft məhsullarından ağ neftin istehsalı 2,6 faiz, yanacaq mazutunun istehsalı 87,5 faiz, avtomobil benzininin istehsalı 0,4 faiz azalıb.


Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 7,2 faiz, dizel yanacağı istehsalı 5,3 faiz, sürtkü yağlarının istehsalı 2,3 dəfə, neft bitumunun istehsalı 85,6 faiz, neft koksunun istehsalı isə 30,5 faiz artıb.

Xəbər lenti