Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 79,6 dollardır

İqtisadiyyat | 10:22 • 5 İyul 2018
Azərbaycan neftinin qiyməti 79,6 dollardır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.


Xezerxeber.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,18 dollar bahalaşaraq 79,62 dollar olub.


Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar azalaraq 77,77 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar ucuzlaşaraq 73,80 dollar təşkil edib.

Xəbər lenti