Xəzər Xəbər

Bakıda bir müəssisənin 200 min manatlıq əmlakı hərraca çıxarılıb - Vergi borcuna görə

İqtisadiyyat | 09:04 • 5 İyul 2018
Bakıda bir müəssisənin 200 min manatlıq əmlakı hərraca çıxarılıb -

Vergilər Nazirliyi vergi borcuna Bakıda fəaliyyət göstərən "Ocaq" müəssisəsinin 200 min manatlıq əmlakını hərraca çıxarıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, vergi ödəyicisi olan "Ocaq" müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 3-də yerləşən qapı və pəncərə istehsalı üçün müxtəlif növ avadanlıq və dəzgahlara 200 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından avadanlıq və dəzgahların qiyməti 10% aşağı salınaraq 180 min manat müəyyənləşdirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 18 min manat beh verməlidir.

Xəbər lenti