Xəzər Xəbər

Dayanacaqlarda böyük izdiham yarandı - FOTOLAR

İqtisadiyyat | 10:04 • 4 İyul 2018
Dayanacaqlarda böyük izdiham yarandı -

Bu gün Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur.

"Qafqazinfo” xəbər verir ki, xüsusilə Bakı kəndlərindən paytaxta girişlərdə problem yaranıb. Hazırda "Koroğlu” və "Neftçilər" metrosunun yaxınlığındakı avtobus dayanacağında böyük izdiham yaranıb. Ərazidə qalan şəxslər bildirirlər ki, mövcud avtobuslar sərnişinləri daşımaq üçün yetərli deyil. Buna görə də onlar uzun müddət dayanacaqda gözləmək məcburiyyətində qalıblar.

***

Sərnişinlərin verdiyi məlumata görə, problem bütün metro stansiyalarda hökm sürür. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.

***

Bakı Nəqliyyat Agentliyi də sıxlıqla bağlı məlumat yayıb. Bildirilir ki, günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir:

"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir".








Xəbər lenti