Xəzər Xəbər

Qatarların hərəkətində gecikmələr qeydə alınır

İqtisadiyyat | 09:52 • 4 İyul 2018
Qatarların hərəkətində gecikmələr qeydə alınır

3 iyul 2018-ci ildə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı-sərnişin stansiyasına çatıb: "Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir".

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.

Xəbər lenti