Xəzər Xəbər

Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub

İqtisadiyyat | 09:30 • 4 İyul 2018
Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub

Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.


Xezerxeber.az xəbər verir ki, bunu "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.


O bildirib ki, hazırda bütün su mənbələri tam gücü ilə çalışır. Artıq Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov rayonları su ilə təmin olunub. Səbail rayonunda yalnız Badamdar ərazisinin su ilə təminatında problem var.


A.Cəbrayıllı qeyd edib ki, həmçinin Xəzər, Xətai, Sabunçu, Abşeron rayonlarında da suyun verilməsində sabitlik əldə olunub. Tam rejimdə suyun verilməsinə sabahdan başlanılacaq.


Xəbər lenti