Xəzər Xəbər

Paytaxtda sərnişinlərin daşınması üçün ehtiyat avtobuslar cəlb edilib

İqtisadiyyat | 09:11 • 4 İyul 2018
Paytaxtda sərnişinlərin daşınması üçün ehtiyat avtobuslar cəlb edilib

Paytaxtda sərnişinlərin daşınması üçün ehtiyat avtobuslar cəlb edilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.


Bildirilib ki, günün pik saatı olduğu üçün hazırda metronun bütün stansiyalarının ətrafında sərnişin sıxlığı müşahidə edilir. Adi günlərdən fərqli olaraq, sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq, Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunur.


Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən yaranan müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edir.

Xəbər lenti