Xəzər Xəbər

Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İqtisadiyyat | 12:50 • 3 İyul 2018
Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Respublika ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax avtomobil yolunun 57 kilometrliyində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən xəbərə görə, buna görə yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti