Xəzər Xəbər

Gəncə “Det-Al” Alüminium Kompleksi fəaliyyətini bərpa edib

İqtisadiyyat | 11:43 • 3 İyul 2018
Gəncə “Det-Al” Alüminium Kompleksi fəaliyyətini bərpa edib

"Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.

Bu barədə Əmlak Msələləri üzrə Dövlət Komitəsindən məlumat verilib

Bildirilib ki, Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir. Hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.

Xəbər lenti