Xəzər Xəbər

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

İqtisadiyyat | 09:14 • 3 İyul 2018
SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.


Bu sözləri AZƏRTAC-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.


Şöbə rəisi qeyd edib: "Sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı iyulun 3-də günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarları işləməyəcək. Yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.

Xəbər lenti