Xəzər Xəbər

Bank sektoru işçilərinin sayı açıqlanıb

İqtisadiyyat | 12:15 • 2 İyul 2018
Bank sektoru işçilərinin sayı açıqlanıb

2018-ci il iyunun 1-nə Azərbaycanda bank sektoru işçilərinin sayı 16662 nəfər təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, bu ilin aprel ayı ilə müqayisədə mayda bank sektorunda çalışanların sayı 159 nəfər artıb. Yanvar ayının əvvəlinə olan göstəriciyə əsasən, bank sektorunda çalışanların sayı 16171 nəfər olub. Ümumilikdə, bu il sektor üzrə işçilərin sayında 491 nəfərlik və ya 3,04%-lik artım olub.

Xəbər lenti