Xəzər Xəbər

İraq iyunda 105 milyon barrel neft ixrac edib

İqtisadiyyat | 12:02 • 2 İyul 2018
İraq iyunda 105 milyon barrel neft ixrac edib

İraq bu ilin iyun ayında 105 milyon barrel neft ixrac edib.


Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad deyib.


O bildirib ki, ötən ay ölkənin cənub və mərkəzi hissələrindəki neft quyularından çıxarılan ümumilikdə 105 milyon 640 min barrel neft ixrac olunub. İxrac olunan neftin bir barrelinin qiyməti 69 dollar səviyyəsində müəyyən edilib və ötən ay İraq neft ixracından 7 milyard 323 milyon dollar qazanıb. İraqın gündəlik neft ixracı isə 3 milyon 521 min barrelə çatıb.


Qeyd edək ki, may ayında İraq 108 milyon barrel neft ixrac etmişdi.

Xəbər lenti