Xəzər Xəbər

İran neftini özəl şirkətlər vasitəsi ilə satacaq

İqtisadiyyat | 12:47 • 1 İyul 2018
İran neftini özəl şirkətlər vasitəsi ilə satacaq

İran hökuməti ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq üçün özəl şirkətlərə İran neftini ixrac etməyə icazə verəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın birinci vitse-prezidenti İshak Cihangiri bildirib.

İ. Cahangiri deyib ki, İran nefti birjada təqdim olunacaq, özəl sektor neftin ixracı ilə məşğul ola bilər.

Qeyd edək ki. iyunun 29-da İranın neft naziri Bican Namdar Zanqan neft ixracını gündəlik 4 milyon barelə çatdıracaqları halda n ABŞ-ın İranın neft sektoruna sanksiya tətbiq edə bilməyəcəyini bəyan edib. Bican Namdar Zanqan ABŞ-ın bu həcmdə nefti dünya bazarından çıxarmasının mümkün olmadığını vurğulayıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqtonun tərəfdaşları və müttəfiqləri indidən İrandan neft idxalını azaltmağa başlamalı, dekabrın 4-dək İrandan neft idxalını tam dayandırmalıdır. Əks təqdirdə ABŞ həmin ölkələrə qarşı sanksiya tətbiq edəcək.

Xəbər lenti