Xəzər Xəbər

“Qazprom” qazın topdansatış qiymətini qaldırıb

İqtisadiyyat | 09:45 • 1 İyul 2018
“Qazprom” qazın topdansatış qiymətini qaldırıb

Rusiyanın "Qazprom” konserni iyulun 1-dən qaza olan topdansatış qiymətlərini bütün istehlakçı kateqoriyalar üçün 3,4 faiz qaldırıb. 


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Rusiya Antiinhisar Xidməti tərəfindən qəbul edilib.

Məlumata görə, 11 may tarixli əmr Ədliyyə Nazirliyində iyunun 19-da qeydə alınıb.

Qeyd edək ki, "Qazprom”un satdığı qazın topdansatış qiymətləri Rusiya hökuməti tərəfindən tənzimlənir.

Xəbər lenti