Xəzər Xəbər

Gömrükdən gizli qızıl keçirilməsi cəhdi baş tutmadı

İqtisadiyyat | 13:45 • 29 İyun 2018
Gömrükdən gizli qızıl keçirilməsi cəhdi baş tutmadı

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, bu fakt idarənin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı qeydə alınıb.


Yoxlama nəticəsində, avtomobilin salonunda "əlcək qutusu” adlandırılan və kiçik əşyalar üçün nəzərdə tutulan qutuda, gömrük nəzarətindən gizlədilmiş halda, ümumi çəkisi 90 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.


Aşkarlanan predmetlər - 10 ədəd üzük, 4 cüt sırğa, 6 ədəd kulon, 4 ədəd boyunbağı və 3 ədəd qolbağdan ibarət olub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti