Xəzər Xəbər

“Azeri Light”ın qiyməti 79 dollara çatır

İqtisadiyyat | 10:26 • 28 İyun 2018
“Azeri Light”ın qiyməti 79 dollara çatır
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.


"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,7 dollar bahalaşaraq 78,95 dollar olub.


Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar azalaraq 77,39 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 72,44 dollar təşkil edib.

Xəbər lenti