Xəzər Xəbər

2023-cü ilədək qlobal LNG ixracı 30 faiz artacaq

İqtisadiyyat | 15:31 • 27 İyun 2018
2023-cü ilədək qlobal LNG ixracı 30 faiz artacaq

2023-cü ilə qədər qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 30 faiz artacaq.


Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Gas 2018” illik hesabatında deyilir.


Bildirilir ki, Çin ən böyük təbii qaz idxalçısı olacaq: "Çin gələn il LNG alışlarının təsiri ilə dünyanın ən böyük təbii qaz idxalçısı olacaq. Çinin təbii qaz tələbatı 2017-2023-cü illər arasında təxminən 60 faiz artaraq 376 milyard kubmetr səviyyəsinə yüksələcək. Çinin LNG idxalı isə 2023-cü ilə qədər ötənilki 51 milyard kubmetrdən 93 milyard kubmetrə qədər artacaq”.


IEA-ya görə, ABŞ ikinci böyük ixracatçı olacaq. 2017-ci ildə 391 milyard kubmetr təbii qaz idxal edilib və bunun 55 faizi Çin, Yaponiya və Koreya Respublikası tərəfindən reallaşdırılıb.


2023-cü ildə LNG idxalını həcmi 505 milyard kubmetrə çatacaq və bunun da 48 faiz Çin, Koreya Respublikası və Yaponiya tərəfindən həyata keçiriləcək.

Xəbər lenti