ABŞ:
İrandan neft alışını 4 noyabra qədər dayandırın
ABŞ prezidenti Donald Tramp ötən ay
ölkəsini İranla nüvə müqaviləsindən çıxarıb. İslam Respublikasının
enerji sektorunu hədəf alan sanksiyaları yenidən gündəmə gətirən
Birləşmiş Ştatlar bununla Tehranın iqtisadiyyatına zərbə endirmək
istəyir.
XəzərXəbər "Reuters"a istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin
rəsmiləri Avropa və Asiyaya səfər edərək bu ölkələrin Tehrandan neft
idxalını 4 noyabra qədər dayandırmasını istəyib.
Qeyd edək ki, İranın neft naziri səudiyyəli həmkarı ilə 22 iyunda baş
tutan görüşdən sonra OPEK-in hasilat müqaviləsi barədə bədbin olmadığını
deyib. İki ölkənin nazirləri arasında baş tutan görüşdə istehsal
artımına dair rəqəmlər müzakirə olunub.
İrandan gələn açıqlamaya əsasən, ölkə neft hasilatını kondensatlar da
daxil olmaqla, gündəlik 3,8 milyon barrel səviyyəsində saxlamağa
çalışır.