Xəzər Xəbər

“Azeri Light” 76 dollardan baha satılır

İqtisadiyyat | 11:03 • 27 İyun 2018
“Azeri Light” 76 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti bahalaşıb.


XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar bahalaşaraq 76,25 dollar olub.


Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 76,49 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 70,69 dollar təşkil edib.

Xəbər lenti