İyunun 27-də Bakı Fond
Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının
yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 250 milyon
manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür.
Notlar iyulun 25-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac
zamanı notların buraxılışının 20 faizdən artıq olmaması şərti ilə
qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi
Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında
fəaliyyət göstərən yerli banklar ola bilər.