Xəzər Xəbər

Muzdla çalışanların maaşı 3,5 faiz artdı

İqtisadiyyat | 09:50 • 26 İyun 2018
Muzdla çalışanların maaşı 3,5 faiz artdı
Yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatıb.


Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.


Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Xəbər lenti