Xəzər Xəbər

OPEC-ə Bibiheybət neft buruğunun əski olan tablo hədiyyə edilib - FOTO

İqtisadiyyat | 16:17 • 23 İyun 2018
OPEC-ə Bibiheybət neft buruğunun əski olan tablo hədiyyə edilib -

Azərbaycan nümayəndə heyəti Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) Bibiheybət neft buruğunun əski olan tablo hədiyyə edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 23-də Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əski olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.


Azərbaycanın energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan "Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir: "Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir. Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.


P.Şahbazov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin növbəti Nazirlər Şurasının iclasının Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.

Xəbər lenti