Xəzər Xəbər

Mayda "Sınıq Körpü" gömrük postundan 59 minə yaxın nəqliyyat vasitəsi keçib

İqtisadiyyat | 12:17 • 23 İyun 2018
Mayda "Sınıq Körpü" gömrük postundan 59 minə yaxın nəqliyyat vasitəsi keçib

2018-ci ilin may ayında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda ümumilikdə 58 min 933 nəqliyyat vasitəsi keçib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.


O bildirib ki, gün ərzində "Sınıq Körpü" gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır.

Xəbər lenti