Xəzər Xəbər

OPEC-in qərarından sonra neftin qiyməti kəskin bahalaşıb

İqtisadiyyat | 17:08 • 22 İyun 2018
OPEC-in qərarından sonra neftin qiyməti kəskin bahalaşıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatının gündəlik 1 milyon barrel artırılmasından sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.


Xezerxeber.az xəbər verir ki, qəbul edilən qərardan sonra "Brent” və "Light” markalı xam neftin qiymətləri 2 dollar/barreldən çox artıb.


Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 75,11 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 67,67 dollara alıcı axtarır.

Xəbər lenti